Musiqi
Musiqi

İspaniyanın Avroviziya mahnısı Ceylo üçün yazılıbmış

İspaniyanın Avroviziya mahnısı Ceylo üçün yazılıbmış

İspaniya təmsilçisi Şanelin “SloMo” mahnısının Cennifer Lopez üçün yazıldığı açıqlanıb. 

OLAY yazır ki, bu barədə mahnının müəllifi Arjen Thonen danışıb. 

Sözləri kanadalı müğənni Maggie Szaboya məxsus olan mahnı Keyt Harris vasitəsilə ABŞ-a göndərilsə də, Cennifer Lopezdən heç bir cavab gəlməyib.

Daha sonra Keyt İspaniyanın Avroviziya üçün Ceylo üslubunda mahnı axtardıqlarını Arjenə bildirib. O da mahnını sözügedən ölkəyə təqdim edib. Arjen hələ də Şanellə tanış olmayıb. Onu beynəlxalq mahnı müsabiqəsinin keçiriləcəyi Turində görməyi ümid edir.