Musiqi
Musiqi

Nadirdən “Sezar”la bağlı açıqlama

Nadirdən “Sezar”la bağlı açıqlama

Avroviziya-2022 təmsilçimiz Nadir Rüstəmli çıxış mahnımızın Roma imperatoru Qay Yuli Sezar haqda olacağı xəbərlərinə aydınlıq gətirib.

OLAY yazır ki, bu barədə o, “12 xal”a danışıb.

Nadir “Agent 001” verilişində sənətlərlə bağlı söhbət edildiyini bildirib:

“Bir insanın müxtəlif peşələri icra etməsindən danışıldı. Mən də söylədim ki, həm aktyorluğu, həm  də ifaçılığı da sevirəm. Aparıcı da dedi ki, insan bir sənətdə olar, çox işi necə əlində saxlaya bilərsən, sən Yuli Sezarsan? Söylədim ki, Sezar adını tarixə yazdıran şəxsiyyətdir. Nadir Rüstəmli də may ayında öz adını tarixə yazdıracaq. Bunu indi də söyləyirəm. Mən də bir az maraq qatmaq istəyirəm. Yenə də mahnı ilə əlaqəsi olub-olmadığını deməyəcəm”.