Rusiya estradasının primadonnası Alla Puqaçova bu yay konsert qonorarı məbləğini iki dəfə aşağı salıb.
OLAY yazır ki, bu barədə məlumatı kp.ru yayıb.
Mənbənin məlumatına görə, sənətçi Latviyada keçirilən özəl tədbirdə səhnəyə çıxaraq 150 min avro (təxminən 13,9 milyon rubl) qonorar alıb. Halbuki daha əvvəl onun çıxış qiyməti 350 min avroya (təxminən 32,5 milyon rubl) çatırdı.
“Komsomolskaya Pravda” əməkdaşı İrina Viktorova Puqaçovanın qiymət endiriminin səbəbini belə izah edib:
“O, tez-tez uçuş etməyi sevmir – sağlamlıq buna imkan vermir. Ona görə də, harada istirahət edirsə, orada çıxış etməyə razılaşır”.
Müğənninin kənd həyatı və miqrasiya tərzi artıq yeni “köçəri həyat üslubu” adlandırılır. O, səhnəyə çıxmağı istirahət etdiyi ərazilərlə məhdudlaşdırır.
Xatırladaq ki, 2022-ci ildə Ukrayna ilə bağlı hərbi əməliyyatlardan sonra Puqaçova həyat yoldaşı – şoumen Maksim Qalkin (hazırda Rusiyada “xarici agent” kimi tanınır) və övladları ilə birlikdə İsrailə köçmüşdü. Daha sonra ailə tez-tez ölkələr arasında səyahət edir, İsrail və Kipr vətəndaşlıqları var.