Xalq artisti Brilliant Dadaşova tanınmış iş xanımı,”Liatris Holding”in rəhbəri Ruhi Əliyeva haqda mahnı oxuyub.
OLAY yazır ki, sənətkar bu mahnını xeyriyyəçi xanımın doğum günü münasibəti ilə səsləndirib.
Ruhi Əliyevanı özəl gün münasibətiylə təbrik edən Xalq artisti mahnıda onunla bağlı ürək sözlərini ifadə edib.
Qeyd edək ki, mahnının sözləri də Brilliant Dadaşovanın özünə aiddir.
Müsiqisi isə vaxtilə dillər əzbəri olan “Cəmilə qızım, Cəmilə” mahnısının müəllifi olan Cəmilə Oqtayqızınındır.