Hər özəl gün kimi 14 fevralın da özünə məxsus təlaşları var. Məsələn, bu gün üçün sevgilinizə, yaxud da həyat yoldaşınıza hədiyyə almaq sizin üçün xüsusi həyəcan, tapa bilməyəndə isə bir stress ola bilər. Kimisi hədiyyəni aylar əvvəldən düşünür, kimisi isə ən son günə saxlayır. Siz də tənbəllik edib, son günü gözləmisinizsə, ekrana yaxın əyləşin.
Çünki iş xanımı Ruhi Əliyeva “Emerald Butik”dən sizin üçün beş zinət əşyası seçib.
OLAY yazır ki, R. Əliyeva həm xanımlarımız, həm də bəylərimiz üçün ən özəl hədiyyələri bir araya toplayıb.
Zərif daş-qaşlardan hazırlanmış, xüsusi dizaynı ilə göz oxşayan zinət əşyalarını kim bəyənməz ki?
Məsələn, R. Əliyevanın siyahısında birinci yerdə olan bu üzüyə kimsə yox deməz.
İş xanımının sözlərinə görə, üzük özəl hazırlanıb:
“Üzük yaqut daşından və brilliantdan hazırlanıb. Hər bir xanımın yaqutu olmalıdır. Yaqut ecazkar daşdır. Hər zaman sevgini, istiliyi özünə cəlb edir”.
Həm üzük, həm də sırğa sevən xanımlarımız üçün möhtəşəm bir hədiyyə var.
R. Əliyevanın seçimləri sırasında yer alan üzük-sırğa dəsti öz zərifliyi ilə hər xanımı valeh edə bilər.
İş xanımı bildirib ki, bu dəst brilliant və safir daşından özəl olaraq hazırlanıb.
Xüsusilə də safirin rəngi dəstə xüsusi zəriflik bəxş edib. Unutmayın ki, bu daş sizə həm də faydalı olacaqdır. Elm də safirin sakitlik yaradan bir xüsusiyyətinin olduğunu təsdiqləyib...
R. Əliyevanın üçüncü seçimi isə heç yerdə görmədiyiniz, xüsusi dizayna məxsus sırğalardır.
Mavi və sarı safirlə bəzədilmiş, brillantlarla əhatə olunmuş bu sırğalar xanımınızı daha özəl hiss etdirə bilər. Müxtəlif ziyafətlərdə istifadə edərək hər kəsin diqqətini çəkəcəklər...
R. Əliyevanın dördüncü seçimi qolbaqsevər xanımlar üçündür.
Qızıl və brilliantdan hazırlanmış, üç simvolla taclandırılmış bu qolbaq əsl 14 Fevral hədiyyəsi ola bilər. Xüsusilə də sizə xoşbəxtlik gətirən bu üç simvolun enerjisi Sevgililər gününü gözəlləşdirəcəkdir. Kəpənək sizə həyəcan, günəş istilik, ürək isə sevgi gətirəcəkdir...
Xanımlarımızdan danışdıq, bəylərə hədiyyə tövsiyələrini çatdırdıq.
Bir də xanımların sevgililərinə, həyat yoldaşlarına ala biləcəyi hədiyyələr var.
R. Əliyeva bu məqamı da unutmadı. Bəylərimiz üçün “Emerald”dan hədiyyə seçdi.
Brilliant və qızıldan hazırlanmış bu təsbəhlər hər bəyin xəyalı olacaq. Onları bu özəl təsbəhlərlə sevindirin. Bəyənəcəklərinə və əllərindən bir kənara qoymayacaqlarına əmin olun. Çünki təsbeh xüsusilə də bizim bəylərimiz üçün əvəzolunmaz aksesuardır.
Yazını oxudunuzsa, tələsin. Çünki bu gün 14 Fevraldır. Hədiyyə almamısınızsa, “Emerald”a üz tutun!