Musiqi
Musiqi

Manana anasının arzusunu gerçəkləşdirdi

Manana anasının arzusunu gerçəkləşdirdi

Hər zaman fərqli, özünəməxsus, maraqlı layihələrə imza atan Əməkdar artist Manana Caparidzeden yeni xəbər var. 

OLAY yazır ki, sevilən müğənnin yeni lirik tərzdə “Gelino” tərcümədə “Gəlin” adlı əsəri işıq üzü görüb. “Gelino” qədim laz xalq mahnısıdır. Yeni versiyanın sözləri və tərcüməsi Əməkdar artistin özünə və müğənni Rəssama məxsusdur. Aranjıman, miks və masterinq Elvin İmanova aiddir. Əsərdə milli musiqi alətimiz olan kamançadan da istifadə olunub. Əməkdar artistin ifasını kamança ustası Fərrux Haşımlı müşayiət edib. Yeni əsər üçün süni intelekdən istifadə olunub və videoçarx təqdim olunub. 

Layinənin ideya müəllifi və prodüseri Əməkdar artist Manana Caparidzedir. 

Əməkdar artisti yeni layihəsini anasısının əziz xatirəsinə həsr edib. 

Sənətçi yeni işi haqqında bunları danışıb: “Gelino” anamın ən sevdiyi mahnısı idi. Hər zaman arzu edərdi ki, bu nəğmə məhz Azərbaycan dilində, mənim ifamda səslənsin. Mən də bacardığım qədəri ilə anamın arzusunu gerçəkləşdirdim. Çünki anam mənim hər zaman səhnədə olmağımı, sənətlə məşğul olmağımı istəyirdi. Yaradıcılığım anamın ruhunu isidən bir işıqdır. Mən oxuyanda, səhnədə olanda hər an onun varlığını hiss edirəm, bilirəm ki, o daim yanımdadır. Onun arzusu mənim içimdə yaşamağa davam edir. Bu sadəcə bir yol deyil bu, bizim ortaq mənamızdır. Bu əsər yaradıcılığımda yeni səhifə yazdı”.

Qeyd edək ki, Əməkdar artistin yeni layihəsi bütün musiqi plarformalarında, həmçinin də müğənninin şəxsi “Youtube” kanalında yayımlanılıb.