Səyahət blogeri Günel Fərhadlı fiziki şiddətə məruz qaldığını iddia edib.
OLAY-ın əldə etdiyi məlumata görə, Günel digər influenser Canana Azizlinin (Jananagasim) həyat yoldaşı Paşa Azizli ilə mübahisə edib.
Hadisə ticarət mərkəzlərinin birində baş verib. G. Fərhadlının sözlərinə görə, mübahisədən sonra qarşı tərəfdən fiziki şiddət görüb, həmin anlar ticarət mərkəzinin təhlükəsizlik kamerasına əks olunub.
Bundan sonra tərəflər polis bölməsinə üz tutub, polis məsələyə baxıb. O qeyd edib ki, qarşı tərəfin xanımı onunla bağlı paylaşımlar etdiyi üçün bu məsələni işıqlandırmaq istəyib.
Bundan başqa bloger həmin şəxsin onu şantaj etdiyini də iddiasında vurğulayıb.
C. Azizli isə paylaşım edərək məsələnin həll olunduğunu yazıb:
“Dünən verdiyiniz qərarla məsələ bağlandı və bizim üçün bu mövzu tamamilə bitmiş hesab olunur. Bundan sonra hadisəyə qayıtmaq və ya əlavə tələblərlə çıxış etmək tərəfimizdən qəbul olunmayacaq. Hər iki tərəf üçün də ən doğru olan - mövzunun burada qapanmasıdır”.