Musiqi
Musiqi

Dima Bilan “İnterviziya–2025”in siması oldu

Dima Bilan “İnterviziya–2025”in siması oldu

Müğənni Dima Bilan “İnterviziya–2025” beynəlxalq musiqi müsabiqəsinin səfiri elan edilib.

OLAY yazır ki, bu barədə müsabiqənin Teleqram kanalında məlumat verilib.

“Rusiyanı dəfələrlə beynəlxalq yarışlarda təmsil etmiş müğənni. Rusiya Federasiyasının Əməkdar artisti, istedadlı musiqiçi və böyük fan bazasına sahib sənətçi” – məlumatda belə qeyd olunub. Təşkilatçıların sözlərinə görə, Dima Bilan müsabiqədə iştirak edənləri dəstəkləyəcək, tədbirin ruhunu müəyyənləşdirəcək və izləyicilərə ilham verəcək.

İyun ayının 12-də Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, “İnterviziya–2025” bütün dünyadan istedadları bir araya gətirəcək mərkəzə çevriləcək. 

Prezidentin sözlərinə görə, bu müsabiqə beynəlxalq humanitar əlaqələrin güclənməsinə töhfə verəcək. O, həmçinin tədbirin təşkili prosesində fəal iştirak edən könüllülərə təşəkkürünü bildirib.

İnterviziya beynəlxalq mahnı müsabiqəsində ümumilikdə 20 ölkə iştirak edəcək. Rusiyada keçiriləcək səhnəyə ABŞ və Çin nümayəndələri də çıxacaq. Müsabiqəyə qatılacağını təsdiqləyən digər ölkələr arasında Azərbaycan, Belarus, Venesuela, Vyetnam, Misir, Hindistan, Qazaxıstan, Qətər, Kolumbiya, Kuba, Qırğızıstan, BƏƏ, Səudiyyə Ərəbistanı, Serbiya, Tacikistan, Özbəkistan və Cənubi Afrika Respublikası da var.