Xalq artisti Alim Qasımov gənc  həmkarı, duet ortağı Fərid Mərdlə birgə növbəti maraqlı layihəsini təqdim edib.

OLAY yazır ki, onlar “Yar Qasidi-Caruso” adlı yeni mahnını fərqli musiqi üslubunda ifa edərək klip çəkdiriblər.

Qasımov və Mərd bu layihədə milli muğam elementlərini və dünya musiqisinin klassik incilərindən olan “Caruso”nun motivlərini bir araya gətirib.