Musiqi
Musiqi

Brejneva uğursuzluğa düçar olub

Brejneva uğursuzluğa düçar olub

Rusiyanın estrada ulduzu Vera Brejnevanın MDB ölkələrinə turnesi uğursuzluqla üzləşib.

OLAY yazır ki, bu haqda “Shot” teleqram kanalı məlumat yayıb. 

Məsələ burasındadır ki, Özbəkistan və Qazaxıstandakı son konsertlərində “Via Qra” estrada qrupunun keçmiş solisti tamaşaçıların yarısını çətinliklə toplaya bilib.

Almatıda keçiriləcək konsert üçün isə, qeyd edildiyi kimi, biletlərin yarıdan bir qədər çoxu satılıb - 2567-dən 1283-ü.

Brejnevanın konsertinə biletlərin qiyməti 2700 rubldan 9600 rubla (təxminən 55-200 manat) qədər dəyişir. 

Daşkənddə sabahkı konsertdə də həyəcan gözlənilmir. Belə ki, ilkin mövcud olan 1890 biletdən 1033-ü satılıb.