Dünən Vətən Müharibəsindəki qələbəmizin beşinci ildönümü ilə bağlı keçirilən hərbi parada Mümtaz Xəlilzadənin Nanə Ağamalıyeva ilə birgə aparıcılıq etdiyi barədə məlumat yayılıb. Tanınmış xanım aparıcı sosial şəbəkə hesabında Mümtaz Xəlilzadə ilə fotosunu paylaşaraq Müdafiə Nazirliyinin təşkil etdiyi tədbirə birgə aparıcılıq etdiklərini yazıb.

Daha çox şou verilişləri ilə gündəmdə olan Nanənin belə bir xüsusi tədbirə aparıcılıq etməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

OLAY yazır ki, “Qafqazinfo” mövzunun müzakirəyə səbəb olmasını nəzərə alaraq dəqiqləşmə aparıb.

Əldə etdiyimiz məlumata görə, Nanə Ağamalıyeva hərbi paradın aparıcısı olmayıb. Ona bu barədə heç bir təklif də edilməyib.

Zəfər Günü münasibətilə keçirilən hərbi paradı yalnız Mümtaz Xəlilzadə aparıb. Nanə Ağamalıyeva isə paraddan sonra Müdafiə Nazirliyinin restoranlardan birində təşkil etdiyi ziyafətdə Mümtaz Xəlilzadə ilə birgə aparıcılıq edib. Onun paylaşdığı foto da həmin ziyafətdə çəkilib.

Bununla belə sosial şəbəkə istifadəçiləri məsələni tam dəqiqləşdirmədən aparıcını tənqid atəşinə tutublar. Nanə özü isə iki gündür davam edən müzakirələrə münasibət bildirməyib. O, paylaşımının şərhlərini də bağlayıb.

Nanənin paylaşımı müzakirə yaratdı - Paradda o da aparıcı olub?