Musiqi
Musiqi

İlin ən güclüləri onlar oldu...

İlin ən güclüləri onlar oldu...

Türkiyənin nüfuzlu “Powertürk musiqi mükafatları” sahiblərinə təqdim olunub.

OLAY yazır ki, mükafatlandırmaya əsasən “Ən güclü qadın müğənni ” nominasiyası üzrə Hadise qalib olub.

“Ən güclü kişi müğənni ” isə Edis, “Ən güclü yüksələn müğənni” Cemal Can Canseven seçilib. “Ömür boyu uğur” mükafatı isə Nükhet Duruya verilib. 

“Ən güclü albom” Madrigal qrupu “Neogazino”, “Ən güclü duet” Can Bonomo və Demet Evgar “Rüyamda Buluttum”, “Ən güclü DJ ortaqlığı” Deeperise və Jabbar “Unutdum derdimi”, “Ən güclü klip” Emir Can İğrek “Kor”, “Ən güclü mahnı ” Edisin “Martılar”ı seçilib.