Olay
Olay

Murat Hadise ilə Rzanın eşq yaşadığını bilirmiş?-İddia

Murat Hadise ilə Rzanın eşq yaşadığını bilirmiş?-İddia

Müğənni Hadise və iş adamı Rza Zərrabla bağlı daha bir iddia ortaya atılıb. 

OLAY yazır ki, “Söylemezsem olmaz” verilişinin aparıcısı Bircan Bali Hadise və Rzanın sevgi münasibətini digər tanınmış simanın bildiyini söyləyib. 

O, deyib ki, həmin şəxs “O ses Türkiye” mahnı yarışmasının münsiflərindən biridir:

“Hadise Rza ilə sevgili olduğu vaxtlar “O ses”də bir brend kostyum geyinib. O zaman jurnalistlərə açıqlama verir. Müsahibə zamanı müxbirlər ona geyiminin çox gözəl olduğunu söyləyirlər. Hadise isə bu paltarı Amerikadan aldığını bildirir. Bundan sonra jurnalistlər o kostyumun qəbzini tapırlar. Görürlər ki, Rzanın adı yazılıb. Bunu digər münsiflərdən yalnız bir nəfərə söyləyirlər. Hansı ki, o, bu faktı bildiyi halda Hadise ilə birgə işləməyə davam edir. Adını çəkmək istəmirəm. O, Hadisenin dostudur və hazırda da sözügedən mahnı müsabiqəsində münsifdir”.

Bu zaman digər aparıcı Seren Serengil “Böyük ehtimalla o münsif Murat Bozdur”,-deyə məsələyə münasibət bildirib. Bircan isə Serenin versiyasını yalanlamayıb, gülərək cavab verib.

Qeyd edək ki, Rza müğənni Ebru Gündeşlə evli olub. Onların bu evlilikdən bir qızları dünyaya gəlib. Ötən aylarda Rzanın Ebruya onun yaxın dostu Hadise ilə xəyanət etdiyi xəbərləri yayılıb.