Britaniyanın məşhur BRIT mükafatları təqdim edilib.
OLAY yazır ki, ötən ilin ən yaxşılarının seçildiyi gecədə Adel 3 mükafata layiq görülüb. O, “İlin mahnısı”, “İlin sənətçisi” və “İlin albomu” nominasiyalarında qalib olub.
“İlin beynəlxalq sənətçisi” Billi Ayliş, “Ən yaxşı pop sənətçisi” Dua Lipa, “İlin bəstəkarı” İd Şiran, “Ən yaxşı yeni sənətçi” isə Littl Smiz seçilib. “İlin beynəlxalq mahnısı” nominasiyasında isə Olivia Rodriqo mükafat qazanıb. “İlin qrupu” nominasiyası üzrə isə “Silk Sonik” qalib olub.