Əməkdar artist Səbinə Babayeva “Vurulmuşam” adlı yeni mahnısını təqdim edib
Səbinə Babayeva OLAY-a açıqlamasında mahnıya klip çəkdirdiyini bildirib.
“Mahnını birinci dəfə eşidəndə çox bəyəndim. Mahnın mövzusu hamıya yaxındır, bəllidir, “Vurulmuşam”.
Mahnının sözləri və musiqisi Zamiq Aliyevə (Yap10) aiddir. Mahnıya klip çəkdiririk. Klip çəkilişləri başlanılıb.
Dinləyicilərimizə çoxlu sevgi, sevib-sevilməyi arzu edirəm!”,-deyə S.Babayeva mahnı haqqında təəssüratlarını bölüşüb.
Qeyd edək ki, Səbinə Babayeva Azərbaycanı 2012-ci ildə Bakıda keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil edib və 150 xalla 4-cü yeri tutub.