Musiqi
Musiqi

Ledi Qaqadan daha bir rekord

Ledi Qaqadan daha bir rekord

Dünya pop ulduzu Ledi Qaqa daha bir rekorda imza atıb.

OLAY yazır ki, “Spotify” musiqi rəqəmsal platformasının tarixində ən çox aylıq dinləyiciyə malik qadın sənətçi kimi həmkarı Ariana Qrandenin rekordunu rəsmi olaraq geridə qoyub.

Qaqa hazırda sözügedən tətbiqdə aylıq 123.736.959 dinləyiciyə sahibdir, yalnız iki digər sənətçi (Bruno Mars və The Weeknd) daha çox dinləyici toplayıb.

Qrande, dekabr ayında həmkarı Teylor Sviftin əvvəlki 116 milyon dinləyici rekordunu üstələyərək həmin platformada aylıq ən çox dinləyiciyə malik qadın sənətçi üçün bütün zamanların rekordunu əldə edib.