Azərbaycanın Avroviziyaya göndərəcəyi təmsilçi Türkiyə mediasında maraq yaradır.
OLAY yazır ki, türk mediası ölkəmizin seçimini gözləyir. Belə ki, “escturkiye.com” saytı İTV-nin seçim qarşısında qaldığı namizədlər – Natavan Həbibi, Mehin Hümbətova və Murad Arifdən yazıb.
Onlar “PrimeTime”ın “İTV seçim qarşısındadır” başlıqlı xəbərini dərc edib.