Azərbaycanın Avroviziya-2022 təmsilçisi Nadir Rüstəmli açıqlama verib.
OLAY yazır ki, o, xəbəri öyrəndiyi “Sabahın xeyir, Azərbaycan” proqramında bu haqda danışıb.
Nadir deyib ki, seçiləcəyi ilə bağlı gözləntiləri var imiş:
“Məni seçdiyiniz üçün təşəkkür edirəm. İnanıram ki, layiqli şəkildə təmsil edəcəm, etimadınızı doğruldacam və qalibiyyət əldə edəcəyik. Gözləntilərim var idi. Çünki xalq arasında ən çox adı hallanan mən idim. Hətta şərh yazırdılar ki, biz xalq olaraq Nadiri seçmişik, siz nəyi gözləyirsiz? Avroviziya uşaqlıq arzum idi. Həmişə çox arzulamışam. Amma fikirləşirdim ki, seçilsəm, əvvəldən deyilərdi. Hətta ümidlərim də gedirdi ki, yəqin mən deyiləm. Çünki artıq hazırlaşmalı idim. Ona görə şokdayam”.