Sevgililər günündə Azərbaycanın Xalq artisti Yusif Eyvazov xanımı, opera ulduzu Anna Netrebkoya həsr etdiyi mahnısını təqdim edib.
OLAY yazır ki, bəstənin adı “Annam”dır. Xalq artisti vurğulayır ki, bu il Sevgililər gününü yeni mahnısı ilə xüsusi qeyd etmək qərarına gəlib: “Gözəl Annama həsr olunub. Sevgim, gözəl olan hər şey üçün Annama təşəkkür edirəm. Xoşbəxt olun, ən çılğın arzularınız gerçəkləşsin”.
“Annam” mahnısının musiqi və sözlərinin müəllifi məşhur rus müğənnisi və bəstəkarı Mark Tişmana aiddir.