Musiqi
Musiqi

Ən çox onu dinləyirlər...

Ən çox onu dinləyirlər...

Dünyaca məşhur müğənni Pinkin ən çox dinlənildiyi ölkə açıqlanıb. 

OLAY xarici KİV-ə istinadən yazır ki, musiqi şirkəti “PPL”nin məlumatına görə, Pinkin ən populyar olduğu ölkə İngiltərədir. 

Statistikaya əsasən, radio və televiziyalarda ən çox 42 yaşlı müğənninin mahnıları səslənir. 

Siyahıda ondan sonra Madonna, Keti Perri, Rihanna, Beyonse kimi simalar yer alıb. 

Bununla yanaşı, Ledi Qaqa 5-ci, Vitni Hyuston 10-cu, Teylor Svift 11-ci, Ariana Qrande 20-ci sıradadır.