Musiqi
Musiqi

100 litr süd, 50 səhləb çiçəyi, dönər - Rayderi ilə gündəmdə

100 litr süd, 50 səhləb çiçəyi, dönər - Rayderi ilə gündəmdə

Məşhur livanlı müğənni Maya Diab ilk dəfə Kiprdə konsert verəcək.

OLAY yazır ki, Sevgililər günü münasibətilə səhnəyə çıxan ifaçının konsert biletləri artık tükənib. Onun milyoner sevgilisi ilə Kiprə gələcəyi bildirilir.

Maya Diabın qalacağı hoteldən istəkləri isə gündəm olub. İfaçı rayderində süd vannası üçün 100 litr süd, 100 faiz ipəkdən hazırlanmış qara rəngli yataq dəsti, 50 saxsıda təbii səhləb çiçəyi, həmçinin ərəb ədviyyatlarının içərisində olduğu yeməklərlə yanaşı, kabab və dönər istəyib.