Fotosessiya
Fotosessiya

Rusiyanın məşhur qrupu dağıldı

Rusiyanın məşhur qrupu dağıldı

Rusiyanın məşhur “Artik & Asti” qrupu dağılıb. 

OLAY yazır ki, bu barədə musiqi qrupun rəsmi instaqram səhifəsində məlumat verilib. 

Qeyd olunub ki, bu il “Artik & Asti”nin 10 yaşı tamam olmalı idi, lakin solist Anna Dziuba həmin tarixi gözləməyib və qrupdan ayrılmaq qərarına gəlib. 

İndi Dziubanın solo karyerası var və onun keçmiş partnyoru Artyom Umrixin mahnı yazmağa davam edəcək və yeni istedadların üzə çıxmasına kömək edəcək. 

O, həmçinin “Artik & Asti” qrupunun yoxa çıxmayacağını, əksinə, yeni heyətlə işləməyə davam edəcəyini bildirib.