Türkiyənin populyar müğənnisi Sezen Aksunun 2017-c ildə musiqiçi Yaşar Gaga ilə çıxardığı “Şahane bir şey yaşamak” mahnısı gündəm olub.
OLAY yazır ki, mahnının sözlərində “salam söyləyin o cahil Həvva ilə Adəmə” qeyd edilməsi sosial şəbəkələrdə müzakirə yaradıb.
Mahnının illər sonra yutuba yerləşdirilməsində sonra S. Aksuya qarşı linç kampaniyası aparılıb. O, dini dəyərləri təhqir etməkdə ittiham olunub.
Sənətçiyə isə həmkarları- Mustafa Sandal, Seda Sayan dəstək olub.