Musiqi
Musiqi

Klipi üçün 10 kq çəki atdı

Klipi üçün 10 kq çəki atdı

Bəstəkar-müğənni Pərviz Mahmudov sükutu yeni kliplə pozub.

OLAY yazır ki,  sənətçi “Vurulmuşam” adlı mahnısını dinləyicilərinin ixtiyarına buraxıb.

Klipin musiqisi bəstəkarın özünə, sözləri isə İsmayıl Əliyevə məxsusdur. 

“Vurulmuşam” ın aranjimanı Rəşad Bağırova, rejissor işi isə Rüstəm Tarverdiyevə həvalə olunub. 

Yeni klipi haqqında danışan bəstəkar “Bu ifamı bütün qəlbən sevənlərə həsr edirəm”, - deyə, bildirib. Klipi üçün obyektiv qarşısına keçən Mahmudov bu işi üçün 10 kq çəki atıb.