Müğənni Günay İbrahimli yeni layihəsini təqdim edib.
OLAY yazır ki, ifaçı sözləri və musiqisi Malik Maştağalı və Məşədibabaya məxsus “Nələr oldu” adlı mahnını dinləyicilərinin ixtiyarına verib. Bəstənin aranjimanı Elvin Musayevə həvalə olunub.
Nəğmə müğənninin rəsmi yutub kanalında və bütün musiqi platformalarında yayımlanıb.