Olay
Olay

Röyanın “14/41” gecəsi – Hər kəs ağ geyimdə gəldi

Röyanın “14/41” gecəsi – Hər kəs ağ geyimdə gəldi

Xalq artisti Röya Ayxan gözlənilən 14/41 albomunu təqdim edib.

OLAY yazır ki, tədbir ötən gün Bakının məşhur məkanlarının birində baş tutub. Gecədə TV ulduzlar, KİV, influenserlər, şou nümayəndələrinin bir qismi yer alıb.

Təqdimatın aparıcı Samir Bayramlı və Kəmalə Piriyeva olub. Qonaqlar gecəyə konseptə uyğun olaraq ağ libasda gəliblər. Tədbirin ulduzu isə qırmızı libasda məclisə daxil olub, albomuna daxil olan “Onun xəstəsiyəm” mahnısı ilə açılışı edib.

Daha sonra gecənin gedişatında diskə daxil olan digər mahnıları səsləndirib.

Qeyd edək ki, sözügedən musiqi layihəsi Türkiyədə hazırlanıb, istehsalçı şirkət “Kevents Group”dur.

Ənənəvi formatda təqdim olunan CD-nin adında qeyd edilən “14” albomdakı mahnıların sayı, “41” isə 14 iyun tarixində Xalq artistinin “qızıl yaş” dövrü hesab edilən - 41 yaşa qədəm qoyması ilə bağlıdır.

Albomun prodüseri Kənan Bayramov, musiqi prodüseri Hacı Nazimdir. Albomun üz qabığındakı fotonu Orçun Mutlu ərsəyə gətirib, Xalq artistinin obrazı üzərində Elnur Həsənov, Akın Sert, Özgür Yüksel çalışıb. CD-nin qrafik dizayneri Ahmet Terzioğludur.

Alboma 14 bir-birindən fərqli bəstəkar və söz yazarların işləri daxil edilib, artıq iki mahnı ekranlaşdırılıb. Kliplərini çəkilişi Türkiyədə reallaşıb.  Sözləri və musiqisi Etibar Rzalı, aranjimanı Caner Tepecikə aid “Tez gəl” mahnısını Orçun Mutlu, sözləri Əli Qafarlı, musiqisi Hacı Nazim, aranjimanı Elşən Axundova məxsus olan “Böyüdüm”ü isə rejissor Ecem Gündoğdu və quruluşçu rejissor Veli Kuzlu lentə alıb.

Layihə Röya Ayxana məxsus bütün musiqi platformalarında təqdim olunub.

Alboma “Biri var” (söz Həsən Babayev, musiqi Fərid Kərimli, aranjiman Elvin Musayev), “Nə yaxşı sən varsan” (söz Baba Vəziroğlu, musiqi Kamal, aranjiman Elvin İmanov), “Qatilim” (söz Bəxtiyar Ələkbərov, musiqi Tahir Abdullayev, aranjiman İlkin Həsən), “Duman” (söz Aygün Miyak İsmayılova, musiqi Pərviz Mahmudov, aranjiman Emre Bayar), “Böyüdüm”(söz Əli Qafarlı, musiqi Hacı Nazim, aranjiman Elşən Axundov), “Sən gəlsən” (söz və musiqi Jay Hun, aranjiman Elvin Musayev), “Ay balam” (söz Altay Yaşar, musiqi Fərid Kərimli, aranjiman Elvin İmanov), “Şükür edirəm” (söz və musiqi Murad Arif, aranjiman Fərid İman) , “Ayağına gəlmişəm” (söz Oqtay Kamil, musiqi Fərid Kərimli, aranjiman Caner Tepecik), “Onun xəstəsiyəm” (söz və musiqi Xanım İsmayılqızı, aranjiman Taleh Ağayev), “Tez gəl” (söz və musiqi Etibar Rzalı, aranjiman Caner Tepecik), “Yalan vədlər” (söz və musiqi Cəmilə Qasımova, aranjiman Fərid İman), “Sarı köynək” (söz Aşıq Ələsgər, musiqi Aşıq Barat, aranjiman Muxtar Abseynov), “Qol çəkirəm” (söz Altay Yaşar, musiqi Pərviz Mahmudov) mahnıları daxildir. 

Fotolar: Niko Abbasov