Musiqi
Musiqi

Ed Şiran ABŞ-yə köçür

Ed Şiran ABŞ-yə köçür

Britaniyalı müğənni Ed Şiran ABŞ-yə köçəcəyini bildirib.

OLAY yazır ki, onun sözlərini “NBC News” yayıb.

Müğənni köçü barədə danışarkən ABŞ prezidenti Donald Trampın miqrantlarla bağlı siyasəti mövzusunda zarafat edib:

“Mən, yəqin ki, Amerikaya köçən yeganə adamam”, - deyə, o, bildirib.

İyulda Donald Tramp Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşündə Avropanın qeyri-qanuni miqrasiyaya son qoymasa, əvvəlki kimi olmayacağını söyləmişdi. ABŞ liderinin sözlərinə görə, Avropa bu gün 5 və ya 10 il əvvəlkindən fərqlənir.

Apreldə isə ABŞ vitse-prezidenti Cey Di Vens nəzarətsiz miqrasiyanı Avropa ölkələri üçün əsas təhlükə adlandırmış və oxşar vəziyyətin ABŞ-də də yarana biləcəyi barədə xəbərdarlıq etmişdi.

Vens həmçinin Demokratların hakimiyyətə qayıtmasının ölkəyə kütləvi miqrasiyanın yenidən başlamasına səbəb ola biləcəyindən ehtiyat etdiyini bildirərək, Qərb sivilizasiyasının qorunması üçün bu meylin dərhal dayandırılmasının vacibliyini vurğulamışdı.