Musiqi
Musiqi

17 yaşlı oğlu intihar etdi

17 yaşlı oğlu intihar etdi

Məşhur irland müğənni Sinead Okonnora ağır itki üz verib.

OLAY yazır ki, sənətçinin bir neçə gündür itkin düşən 17 yaşlı oğlu intihar edib. Populyar sima faciəvi xəbəri sosial şəbəkə hesabında paylaşıb. 

Sinead “Mənim həyatımım işığı, gözəl oğlum Nevim Nesta Ali Shane dünya ilə mücadiləsini bitirdi. O, indi Tanrı ilə bir yerdədir. Hüzur içində yatsın və kimsə onu örnək almasın. Körpəm mənim. Səni çox sevirəm, hüzur içində yat”-, deyə bildirib.

Günlərdi itkin olan yeniyetmə hər yerdə axtarılırdı. Son olaraq polis onun həyatından narahat olduqlaırnı bildirmişdi.