Musiqi
Musiqi

Vüqar Muradova qarşı dələduzluq

Vüqar Muradova qarşı dələduzluq

Müğənni Vüqar Muradova qarşı dələduzluq törədilib.

OLAY yazır ki, o, bu haqda feysbuk hesabında paylaşım edib.

“Aldanmayın, dostlar. Az öncə nömrə satışıyla bağlı bir qız nömrə təklif etdi və 50 manat beh göndərdim, sonra nömrəmi blok etdi. Digər nömrədən yazdım, onu da blok etdi”, - deyə, o, bildirib.

Müğənni mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyevin adını etiketləyərək tədbir görülməsini istəyib.

İfaçı ona yazan xanımla yazışmalarını da izləyiciləriylə bölüşüb.