Aparıcı-aktrisa Xuraman Əlizadə TikTok-da yaşanan “beh” qalmaqalı ilə gündəmə gəlib.
OLAY yazır ki, o, canlı yayımda olarkən izləyicilərdən biri “Sizi xınaya çağırdıq, qardaşım rəhmətə getdiyi üçün məclis alınmadı, “beh”i ödəmişdik, ancaq qaytarmadız”, - deyə, qeyd edib.
Bu zaman Əlizadənin həyat yoldaşı kənardan əsəbiləşərək, “beh”in qaytarılmayacağını, gələcək vaxtlarda həmin ailədə xoş gün olduqda “beh” almadan iştirak edəcəklərini qeyd edib.
Aktrisa da yoldaşının fikirlərini dəstəkləyib.