Xalq artisti Niyaməddin Musayevin "Dünya sənin, dünya mənim" mahnısı ilə məşhurlaşan "Dərviş band" qrupunda ayrılıq baş verib.
OLAY yazır ki, bu barədə qrupun solisti Nərmin Behbudova məlumat verib.
"Və budur. "Dərviş Band"-lə 10 illik səyahətim bitdi. Fəridlə birgə "Dərviş"dən ayrılmalı olduq.Yaradıcılıq yolumuzda yeni səhifə açılır və bu yolda hamımızı çoxlu maraqlı layihələr, yeniliklər gözləyir! Tezliklə yeni mahnılar, konsertlər və maraqlı kontentlə hər birinizi sevindirəcəyik!" - deyə Nərmin qeyd edib.