Türk müğənni İbrahim Tatlıses nəvəsi Mert Tatlısesi məhkəməyə verib.
OLAY yazır ki, buna səbəb isə nəvəsinin 5 ildir ki, Tatlısesin Sarıyerdəki evində yaşaması olub.
İbrahim bildirib ki, həmin mənzili qızı Dilan Çıtak Tatlısesə vermək istəyib, lakin nəvəsi orada yaşadığı üçün bu, baş tutmayıb.
“Dilan orada qalmalı idi. Lakin Mert o evi 5 ildir işğal edib”, - deyə, Tatlıses bildirib.
Qeyd edək ki, müğənni Mertin atası Ahmet Tatlıseslə küsülüdür.