Müğənni Zamiq Hüseynovun Heydər Əliyev adına Sarayda baş tutacaq solo konsertinin biletləri satılıb.
OLAY yazır ki, bu barədə sənətçi instaqram hesabında məlumat yayıb:
“Əziz dostlar, bir çoxunuz konsertin biletləri ilə bağlı yazır və zənglər edirsiz. Bildirmək istəyirəm ki, satışa çıxarılandan bir necə saat sonra biletlərin hamısı satıldı.
Bildiyiniz kimi, konsertimizdə müəyyən faiz biletlər satışa çıxarılmışdı və əldə olunan gəlir "Yaşat" fonduna ianə olnacaq. Hamınıza təşəkkür edirəm”.