Müğənni Zamiq Hüseynov 2022-ci ilin ilk solo konsertinə imza atacaq.
OLAY yazır ki, ifaçının “Var ol” adlı musiqili gecəsi 7 yanvar tarixində Heydər Əliyev sarayında reallaşacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək konsertdə əsasən şəhid və qazi ailələri dəvətli qismində yer alacaq.
Satışa çıxarılan biletlərdən əldə olunacaq vəsait isə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə YAŞAT Fonduna ianə ediləcək.