Musiqi
Musiqi

“Sənə də qalmaz”a yeni nəfəs

“Sənə də qalmaz”a yeni nəfəs

Müğənni Mərdan Kazımov “Sənə də qalmaz” mahnısına yeni nəfəs verib. 

OLAY yazır ki, ifaçı sözləri Rəsul Rza, musiqisi Tofiq Quliyevə məxsus bəstəni yeni aranjimanda ifa edib. Mahnıya çəkilən klip sənətçinin “Youtube” kanalına yerləşdirilib.

“Köhnə mahnılarımızı çox sevirəm, səhnə aldığım zaman ifa edirəm. İlk layihəmiz “Xatirə” mahnısı oldu, ifam sevildi, reaksiyalar çox gözəl oldu. Bu dəfə isə “Sənə də qalmaz”ı ifa etdim. İnanıram ki, arzuladığımız reaksiyanı yenə alacağıq. Əməyi keçən hər kəsə minnətdaram”, - deyə, Kazımov bildirib.