Musiqi
Musiqi

“Faiq Ağayev bəyəndikdən sonra...” 

“Faiq Ağayev bəyəndikdən sonra...” 

Müğənni Mərdan Kazımov Xalq artisti Faiq Ağayevin repertuarına müraciət edib. 
OLAY yazır ki, ifaçı sözləri və musiqisi Gülya Həsənovaya məxsus, məşhur “Ömür bumu”mahnısını ifa edib. Bəstəyə çəkilən klip artıq youtube və bütün rəqəmsal platformalarda təqdim olunub. Layihədə "Jay Meel" (red- Cəmil Məmmədli) də yer alıb. 

“Ömür bumu” sevdiyim mahnıdır. Oxumaq qərarına gəldikdə dəyərli Xalq artistimiz Faiq Ağayev ilə əlaqə saxladım və bəstəni ifa etmək istədiyimi bildirdim. O da öncə ifanı göndər dedi. İfamı dinlədikdən sonra bəyəndiyini və halallıq verdiyini qeyd etdi. İllərin sevilən mahnısına yeni nəfəs vermək risk idi əslində. Bu gün xoşbəxtəm ki, dinləyicilər ifama  gözəl reaksiyalar verdilər”- deyə Mərdan Kazımov bildirib.