Musiqi
Musiqi

Öpüşdüklərinə görə Herrinin eks-sevgilisindən üzr istədi

Öpüşdüklərinə görə Herrinin eks-sevgilisindən üzr istədi

Herri Stayleslə öpüşərkən görüntülənən məşhur model Emili Ratajkovskinin müğənninin keçmiş sevgilisi Oliviya Uayldan üzr istədiyi bildirilib.

OLAY yazır ki, “Page Six”ə danışan naməlum şəxs 31 yaşlı Emilinin Oliviyaya yalvardığını iddia edib. Onların dost olduğunu bildirən mənbə Emilinin bu davranışının xəyanət olduğunu deyib.

39 yaşlı Uayldın isə bu informasiya ilə maraqlanmadığını, uşaqları ilə məşğul olduğunu bildirib.

Qeyd edək ki, Ratajkovski və Oliviya Herrinin 2022-ci ildə Parisdəki konsertində birlikdə əylənmişdi.

Həmçinin Uayldın Staylesdən böyük olması ilə tənqidi xəbərlər zamanı dostunu müdafə etmişdi.

Rəfiqələr 12 martdakı “Oskar” partisində də birlikdə görülmüşdülər.