WOW
WOW

Yeni sevgilisiylə öpüşərkən görüntüləndi

Yeni sevgilisiylə öpüşərkən görüntüləndi

Amerikalı model, aktrisa və dizayner Emili Ratajkovski yeni sevgilisiylə görüntülənib.

OLAY yazır ki, cütlük öpüşərkən kameralara tuş gəlib.

Xatırladaq ki, Emili qısa müddət öncə biseksual (həm kişi, həm də qadınlara seksual marağı olan şəxs – red.) olduğunu açıqlamışdı.

Onu da qeyd edək ki, Ratajkovski bu ilin iyulunda əri Sebastian MakKlarddan xəyanət etdiyi üçün boşanıb. Cütlük 2018-ci ildə ailə qurub və bu nikahdan bir oğlan övladı dünyaya gəlib. Boşandıqdan bir ay sonra Emili Ratajkovski Bred Pittlə münasibətdə şübhəli bilinirdi.