Fotosessiya
Fotosessiya

Herriylə Emilidən Tokyoda ehtiraslı anlar

Herriylə Emilidən Tokyoda ehtiraslı anlar

Tez-tez eşq macəraları ilə gündəmə gələn 31 yaşlı model Emili Ratajkovski bu dəfə məşhur ingilis müğənni Herri Stayleslə görüntülənib.

OLAY yazır ki, onlar Tokyoda öpüşərkən kameraya tuş gəliblər. Cütlüyün ehtiraslı anları sosial şəbəkədə paylaşılıb.

Qeyd edək ki, Emili ona xəyanət edən əri Sebastian MakKlardından boşandıqdan sonra Bred Pittlə adı hallanıb. Ardınca Orazyo ilə münasibətə başlayan model daha sonra Pit Devidsonla sevgili olub. Emili həm də biseksual olduğunu açıqlamışdı. O, axırıncı dəfə komediya ustası Erik Andre ilə eşq yaşayıb.

Herri isə ən son aktrisa Oliviya Uayld ilə münasibətdə olub.