Musiqi
Musiqi

Şakira Pikenin yeni sevgilisindən danışdı

Şakira Pikenin yeni sevgilisindən danışdı

Dünyaca məşhur kolumbiyalı müğənni Şakira ispan futbolçu Jerar Pikedən ayrılması ilə bağlı yeni açıqlama verib.

OLAY yazır ki, sənətçi Ultima Hora ilə müsahibəsində qeyd edir ki, həyat yoldaşı ilə ayrılmaq onu daha güclü və müstəqil edib: 

“Belə bir hekayəyə inanırdım ki, qadına kamil olmaq üçün kişi lazımdır. Uşaqların anası və atasının eyni dam altında yaşadığı bir ailə xəyalım da var idi. Əvvəllər emosional olaraq kişilərdən asılı idim, amma indi özümü təmin etmişəm və tam müstəqil hiss edirəm”.

Şakira Jerar Pikenin yeni sevgilisi haqqında  danışaraq bunları qeyd edib: “Başqa qadınları dəstəkləməyən qadınlar üçün cəhənnəmdə ayrıca qazan var”.

Qeyd edək ki, 36 yaşlı Pike və 46 yaşlı Şakira 11 illik vətəndaş nikahından sonra ayrılıblar, bu müddət ərzində cütlüyün iki oğlu var. Ailənin dağılması barədə xəbər 2022-ci ilin yayında məlum olub, ayrılığa səbəb xəyanət olub. Futbolçu 23 yaşlı Klara Çia ilə münasibətdə olub.