Üzvləri Rusiyanı tərk edən rus qrupu “Little Big” Polşanın Katovitse şəhərində verəcəyi konserti ləğv etmək məcburiyyətində qalıb.
OLAY yazır ki, komandanın nümayəndələri bu barədə öz İnstaqram hesablarında məlumat veriblər.
“Təəssüf ki, siyasi təzyiqlərə görə Katovitsedəki konsert ləğv edildi. Bu konsertin baş tutması üçün əlimizdən gələni etdik. Ola bilsin ki, görüşümüzü başqa bir tarixə təyin edə bilək”, - deyə, bildirilib.
Daha əvvəl “Little Big” bildirmişdi ki, Qazaxıstandakı konsertlər qadağaya görə deyil, qrupun öz qərarı ilə ləğv edilib.
Mətbuatda “Little Big”in meriyanın təşəbbüsü ilə Qazaxıstanın Alma-Ata və Astana şəhərlərində çıxışına qadağa qoyulması xəbəri yayılıb. Komandanın “hakimiyyət tərəfindən yoxlamadan keçmədiyi” dəqiqləşdirilib.