Türkiyənin məşhur müğənnisi Çağatay Akmanın 2 şəxsə qarşı törətdiyi 3 müxtəlif ittihama görə 10 il 8 ay müddətində azadlıqdan məhrub edilməsi istənilib.
OLAY yazır ki, buna səbəb ifaçının 2021-ci ildə keçmiş sevgilisi Öykü Uslu və onun dostu Furkan Ayaza qarşı göstərdiyi şiddət əməli olub.
Belə ki, Çağatay keçmiş sevgilisinin evinin önünə gedib. Furkanın onu qovmağa çalışmasından sonra onlar arasında mübahisə yaranıb.
İddianamədə sənətçinin Uslu və Ayazı təhqir edərək, hədə-qorxu gəldiyi də qeyd edilib.
Şikayətçilər Öykü və Furkan haqqında isə “sadə xəsarət” ittihamı ilə 4 aydan 1 ilə, “təhqir”ə görə isə 3 aydan 2 ilə qədər həbs cəzası istənilib. Onlar yaxın günlərdə hakim qarşısına çıxacaqlar.