Fotosessiya
Fotosessiya

İrina Rihannanın brendinin modeli oldu

İrina Rihannanın brendinin modeli oldu

Supermodel İrina Şeyk Rihannanın alt paltarı markası Savage X Fenty-nin qonaq modeli olub. 

OLAY yazır ki, bu barədə İrina sosial şəbəkədə məlumat paylaşıb. Məlumata görə, noyabrın 2-də müğənni Rihannanın yeni alt paltarı modellərinin təqdimatı ilə şou keçirilib. Podiumda olan modellərdən biri də İrina Şeyk olub.

O, korset, şort və şəffaf mini ətəkdə kameralar qarşısına keçib. Təsviri kütləvi boyunbağı və böyük sırğalar tamamlayıb. Supermodel podiumda hündürdaban ayaqqabılarla açıq sandallarda rəqs edib.