Bu il maraqla gözlənilən “House of Gucci” filminin təqdimatı baş tutub.
OLAY yazır ki, Londonda Odean sinemada keçirilən təqdimat gecəsinə filmin baş rolu müğənni-aktrisa Leydi Qaqa öz stili ilə damğa vurub. Onun bənövşəyi rəngli libası xüsusilə diqqət çəkib. Müğənninin aksesuarları, zinət əşyaları da diqqətdən qaçmayıb.
L.Qaqa özünəməxsus hündür daban ayaqqabıları və makiyajı ilə “look”unu tamamlayıb.