Fotosessiya
Fotosessiya

“Adidas” da Kanyeyə zərbə vurdu

“Adidas” da Kanyeyə zərbə vurdu

Almaniyanın idman geyimləri, ayaqqabıları və aksesuarları istehsalçısı “Adidas” dünyaca məşhur reper Kanye Uest ilə əməkdaşlığı dayandırmağı planlaşdırır.

OLAY yazır ki,  bu barədə “Bloomberg” nəşri şirkətə yaxın olan insayderlərə istinadən məlumat yayıb. Agentlik mənbələri bildirir ki, “Adidas” və Kanye arasında ortaqlığın kəsilməsi rəsmi olaraq cümə axşamı, oktyabrın 27-də elan ediləcək. 

Qeyd olunur ki, buna səbəb reperin instaqram  və tvitterdə antisemit bəyanatları olub, buna görə onun hər iki sosial şəbəkədə hesabları bloklanıb.

Analitiklərin fikrincə, Adidas-ın Uest ilə birgə yaratdığı “Yeezy” idman ayaqqabısı brendə 8%-ə qədər gəlir gətirir.

Maraqlıdır ki, Adidas-ın səhmləri Kanye Uestdən ayrılacağına dair şayiələr fonunda 3,2% ucuzlaşıb və 2016-cı ilin aprelindən bəri ən aşağı səviyyəyə düşüb.

Qeyd edək ki, “Balenciaga” bir müddət əvvəl Kanye ilə əməkdaşlığa son qoyub.