Fotosessiya
Fotosessiya

Anna piyadanı vuraraq öldürdü

Anna piyadanı vuraraq öldürdü

Rusiyanın Əməkdar artisti Anna Bolşova ölümlə nəticələnən qəzaya səbəb olub.

OLAY yazır ki, qəza oktyabrın 14-də Kaluqa vilayətində baş verib. "Audi" markalı avtomobili idarə edən teatr və kino aktrisası yolu keçən qadını vurub.  

Ölümlə nəticələnən qəza zamanı aktrisanın ayıq olduğu və maşını tək idarə etdiyi məlum olub.

A. Bolşova özü polisə zəng edib, sonra isə təcili yardım çağırıb. Bildirilir ki, qəzanın mümkün səbəbi aktrisanın qaranlıqda piyadanı görməməsi və təsadüfən onunla qarşılaşması olub.

Qadını xilas etmək mümkün olmayıb, o, həkimlər gələnə qədər dünyasını dəyişib.