“Bridget Consun gündəliyi” filmindəki rolu ilə tanınan amerikan aktrisa Rene Zellveger sevgilisi teleaparıcı Entoni Ansteadla toya hazırlaşır.
OLAY yazır ki, bu barədə “Us Weekly” xəbər verir.
53 yaşlı Rene və onun sevgilisi, 43 yaşlı Entoni Anstead nişanlanmağı planlaşdırır.
Aktrisa və teleaparıcı nikaha tələsməsə də, işlər evliliyə doğru gedir.
Qeyd edək ki, cütlüyün sevgili xəbəri ilk dəfə 2021-ci ilin iyununda məlum olub.