Londondakı Kosmetik və Plastik Cərrahiyyə Mərkəzinin rəhbəri, plastik cərrah Culian de Silva qızıl nisbət düsturundan istifadə edilən hesablamaların nəticələrini açıqlayıb.
OLAY yazır ki, onun dediyinə görə, “Killing Eve” layihəsinin ulduzu Cudi Komerin üzünün ideala 94,52% uyğun gəlir.
Həmçinin məlum olub ki, aktrisa mükəmməlliyi sınanmış məşhurlar arasında ən gözəl buruna malikdir - o, qızıl standarta 98,7% cavab verir.
Ümumiyyətlə, indi Cudi Komeri ən gözəl qadın hesab edə bilərik. Həkimin hesablamalarına görə, ilk sırada Amber Hörd (91,85%), Bella Hadid (94,35%) və Zendaya (94,37%) da var.