Fotosessiya
Fotosessiya

Konsert zamanı müğənni səhnədə dünyasını dəyişdi

Konsert zamanı müğənni səhnədə dünyasını dəyişdi

Haitili müğənni Mikaben Benjamin 41 yaşında dünyasını dəyişib.

OLAY yazır ki, sənətçi Parisdə “Carimi” qrupu ilə konserti zamanı vəfat edib.

Xarici mediada ifaçının ürəktutmasından həyatını itirdiyi bildirilir.

Mikaben səhnəyə “Ou Pati” kompozisiyasını ifa etmək üçün dəvət edilib. Onun ifadan sonra ürəyi gedib, həkimlərin müdaxiləsinə baxmayaraq, müğənnini xilas etmək mümkün olmayıb.