Fotosessiya
Fotosessiya

Annanın şəkilləri söz-söhbət yaratdı

Annanın şəkilləri söz-söhbət yaratdı

Xalq artisti Yusif Eyvazovun ata olacağı barədə iddia ortaya atılıb.  

OLAY yazır ki, buna səbəb sənətçinin xanımı, Rusiyanın Xalq artisti Anna Netrebkonun xarici görünüşündəki dəyişiklik olub. Pərəstişkarları onun hamiləliyindən şübhələniblər.

İnstaqramda fotolarını paylaşan ulduzun pərəstişkarları 51 yaşlı A. Netrebkonun hamiləliyindən şübhələnərək onun dəyişmiş bədən quruluşuna diqqət çəkiblər. 

Onlar sosial şəbəkələrdə Annanı təbrik etməyə başlayıb.  Söz-söhbətlər Rusiya KİV-də dərc edilib. 

Lakin Netrebko mövzu barədə açıqlama verməyib.